• Cümə axşamı, Oktyabr 6, 2022
  • Bakı, 23.0°C

Torpaq coğrafi informasiya sistemləri laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib

  • 2021-11-17

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmovun sədrliyi ilə davam edən iclasda İnstitutun “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriya müdiri AMEA-nın müxbir üzvü Amin İsmayılov hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycanın Torpaq Coğrafi İnformasiya Sisteminin beynəlxalq inteqrasiya tələblərinə uyğun elmi əsaslarının işlənib hazırlanması” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Həmçinin laboratoriyanın İnstitutun digər laboratoriyaları ilə olan kompleks işləri barədə də geniş məlumat verilib. Laboratoriyanın əməkdaşı b.e.i. Eldar Məmmədov çıxış edərək gördükləri işlər haqqında məruzə edib. Təqdim olunan yekun hesabat şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyasının 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.