• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası” və “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyaları 2024-cü il üzrə illik hesabatlarını təqdim ediblər

  • 2024-10-17

   AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda İnstitutun “Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası” laboratoriyası 2024-cü il üzrə illik hesabatını təqdim edib. Laboratoriyanın aparıcı elmi işçisi Sultan Hüseynova  hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və  “Azərbaycan torpaqlarının taksonomik vahidlərinin innovativ metodlarla genetik  diaqnostikası və xəritələşdirilməsi (Torpaq coğrafi informasiya sistemləri və  Torpaq örtüyünün strukturu, Torpaq fizikası laboratoriyaları ilə kompleks mövzu)” mövzusuna 7 işin daxil olduğunu qeyd edib.

   Sonra  “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov 2024-cü il üzrə illik  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın Torpaq Coğrafi İnformasiya Sisteminin beynəlxalq inteqrasiya tələblərinə uyğun elmi əsaslarının işlənib hazırlanması” mövzusuna 4 işin daxil olduğunu qeyd edib və işlər haqqında məlumat verib. Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri və əməkdaşları  sualları cavablandırıb.

    Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki laboratoriyanın 2024-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edildi.

   Həmçinin iclasda Elmi şuranın gündəliyinə daxil olan Torpaq coğrafi informasiya sistemləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılovun və Torpaq örtüyünün strukturu laboratoriyasının müdiri, professor Vilayət Həsənovun “Azərbaycan Respublikası İqtisadi rayonlarının torpaqları” adlı monoqrafiyasının çap edilməsi barədə     məsələ müzakirə olunaraq qərar qəbul edilib.