• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Torpaqların rekultivasiyası” və ““Torpaqların mineralogiyası və kimyası” ” laboratoriyaları 2024-cü il üzrə illik hesabatlarını təqdim ediblər

  • 2024-10-21

   AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun Torpaqların mineralogiyası və kimyası”   laboratoriyası 2024-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.ü.f.d. Məleykə Əhmədova hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycan torpaqlarında mineralların nisbəti, torpaq kipliyinin diaqnostikası və qeyri-ənənəvi mineralların torpaq xassələrinin dəyişməsinə təsiri”  mövzusuna 4 işin daxil olduğunu qeyd edib.

  Daha sonra“Torpaqların rekultivasiyası”   laboratoriyası 2024-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Fərhad Sadıqov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Texnogen pozulmuş torpaqların kompleks tədqiqi,biorekultivasiya və aqrokimyəvi üsullarla bərpası ”(Abşeron - Qala, Bibiheybət qəsəbəsi)  mövzusuna 5 işin daxil olduğunu qeyd edib. Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri və əməkdaşları sualları cavablandırıb.

   Şura üzvləri hesabatları geniş müzakirə edərək suallarla çıxış edib. Sonda hər iki laboratoriyanın 2024-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edilib.