• Cümə axşamı, Oktyabr 6, 2022
  • Bakı, 23.0°C

Torpaqların aqroekologiyasi və bonitirovkası şöbəsi, Torpaq ekologiyası Beynəlxalq laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib

  • 2021-11-22

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun Torpaqların aqroekologiyasi və bonitirovkası şöbəsi, Torpaq ekologiyası Beynəlxalq laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Torpaq ekologiyası Beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. Zaman Məmmədov hesabat ilində mövzu planı üzrə şöbədə və laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycanın landşaft zona torpaqlarının 1:100000 miqyasında CİS əsasında tədqiqi, ekoloji qiymətləndirilməsi, xəritələşdirilməsi və monitorinqinin elmi əsasları” mövzusuna 12 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları b.e.d.,professor Sara Məmmədova, b.ü.f.d. Nəzakət İsmayılova b.ü.f.d. Gülçöhrə Hüseynova, a.e.f.d. Sona Osmanova, b.ü.f.d. Könül Qafarbəyli, b.e.i. Könül Əliyeva, a.e.f.d. Divanxan Əhədov e.i.Nərmin Nəcəfova, e.i.Günel Məmmədova, , e.i. Leyla Qasımova gördükləri işlər barədə məlumat veriblər. Təqdim olunan yekun hesabat şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda Torpaqların aqroekologiyasi və bonitirovkası şöbəsinin, Torpaq ekologiyası Beynəlxalq laboratoriyasının 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.