• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqların biologiyası və Torpaqların eroziyası laboratoriyaları 2021-ci il üzrə yekun hesabatını təqdim edi

  • 2021-11-25

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə elmi şuranın sədr müavini, İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmovun açıb. Şurada gündəlikdə olan 2020-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qəbul olunmuş elmlər doktoru hazırlığı üzrə dissertantların “Fərdi iş planlarının təsdiqi” mövzusu müzakirə olunub. Elmlər doktoru hazırlığı üzrə dissertanVüqar Cəfərovun mövzusu adında qismən dəyişiklik olmaqla “Mil-Muğan iqtisadi rayonu suvarılan çəmən-boz torpaqlarında gübrələr fonunda üzvi-mineral komplekslərin pambıq bitkisinin qida rejiminə təsiri” adı ilə təsdiq edilib. Daha sonra “Torpaqların biologiyası”laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Pirverdi Səmədov hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Lənkəran vilayətinin rütubətli və yarımrütubətli subtropik torpaqlarının təbii və mədəniləşən senozlarında bioloji xassələrin müqayisəli tədqiqi” mövzusuna 7 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları k.e.i. Afət Orucova, b.ü.f.d. Şəhla Cəfərova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

Sonra İnstitutun “Torpaqların eroziyası” laboratoriyasının müdiri a.e.f.d. Zakir Əliyev 2021-ci il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycanın müxtəlif təbiilandşaft zonalarında eroziya prosesinin inkşaf qanunauyğunluqlarının tədqiqi və mövcud problemin elmi-təcrübi əhəmiyyətinin əsaslandırılması” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın əməkdaşları a.e.f.d.Kamalə Babayeva, c.ü.f.d. Qıniyaz Əfkərov gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıblar. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı.

Sonda hər iki laboratoriyanın 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.