• Bazar ertəsi, Dekabr 30, 2024
  • Bakı, 6.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib

  • 2022-01-13

   Yanvarın 13-ü AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbət iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı açıb. T.Yelmarlı gündəlikdə olan Gənc Alim və Mütəxəssislər şurasının 2022-ci ildə nəzərdə tutulan tədbirlər planı haqqında məsələni iclas iştirakçılarının nəzərinə çatdırıb.

  Tədbirdə AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev iştirak edib. İnstitut gəncləri qarşısında çıxış edən Elmir Babayev gənclərin AMEA-nın elmi-ictimai fəaliyyətində mühüm rol oynadıqlarını deyib. Akademiyada aparılan uğurlu gənclər siyasətindən də danışan E.Babayev İnstitutun gənclərinin suallarını cavablandırıb və təkliflərini dinləyib. Daha sonra iclasda Gənc Alim və Mütəxəssislər şurasının 2022-ci il üçün fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb. Sonda İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev çıxış edərək gənclərə təklif və tövsiyələrini verib, uğurlar arzulayıb.