• Cümə, Iyun 6, 2025
  • Bakı, 22.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaz imtahan sessiyasında doktorluq (minimum) imtahanları keçirilir

  • 2025-06-03

   Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaz imtahan sessiyası çərçivəsində fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün doktorluq (minimum) imtahanları keçirilir.

     3 iyun 2025-ci il tarixində “Ekologiya” ixtisası üzrə təşkil olunmuş imtahanda doktorant Günel Mirzəli-Ağatağı iştirak edib. İmtahan komissiyasının qərarına əsasən, iştirakçı imtahanı uğurla başa vuraraq “əla” (5) qiymətlə qiymətləndirilib.