• Şənbə, Iyul 27, 2024
  • Bakı, 27.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan sessiyasında doktorant və dissertantların minimum imtahanı keçirilir

  • 2021-12-21

  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan  sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların minimum imtahanları keçirilir.  Dekabrın 21-i “Ekologiya ” ixtisası üzrə keçirilən imtahanda  dissertant  Arzu Həşimova iştirak edib. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin doktorantura sektorunun müdiri Tubuxanım Qasımzadə, İnstitutun Təhsil şöbəsinin müdiri c.e.f.d. Fərrux Xəlilov, imtahan komissiyasının sədri professor, b.e.d. Sara Məmmədova  və komissiya üzvləri imtahanın gedişatını yaxından izləyiblər. Komissiyanın təqdim etdiyi nəticələrə görə, iştirakçı imtahandan 5 (əla) qiymət alıb.