• Cümə axşamı, Iyun 26, 2025
  • Bakı, 26.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaz imtahan sessiyasında doktorluq (minimum) imtahanları keçirilir

  • 2025-06-23

   Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaz imtahan sessiyası çərçivəsində fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün doktorluq (minimum) imtahanları keçirilir.

    23 iyun 2025-ci il tarixində “Torpaqşünaslıq” ixtisası üzrə təşkil olunmuş imtahanda dissertant Nuranə Yüzbaşova iştirak edib. İmtahan komissiyasının qərarına əsasən, iştirakçı imtahanı uğurla başa vuraraq “əla” (5) qiymətlə qiymətləndirilib.