• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

  • 2021-12-30

Dekabrın 30-u AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmov gündəlikdəki AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi üçün attestasiya komissiyasının yaradılması haqqında məsələni şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsi qərara alınıb. İclasda şuranın sədr müavini t.e.d Yasin Rüstəmov komissiyanın yaradılması və attestasiya ilə bağlı müvafiq tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın, Azərbaycan Respublikası Əmək Məcəlləsinin "İşçilərin attestasiyası,onun keçirilməsi qaydaları və şərtləri” adlı 65-ci maddəsinin və "Elm haqqında" Azərbaycan Respublikası Qanununun "Elmi işçilərin, mütəxxəsislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası " adlı 25-ci maddəsinin tələblərini şura üzvlərinin nəzərinə çatdırıb. Daha sonra İnstitut işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi üçün attestasiya komissiyasının tərkibi açıq səsvermə yolu ilə şura üzvləri tərəfindən müəyyənləşdirilib və komissiyanın tərkibi təsdiq edilib.