• Cümə axşamı, Mart 28, 2024
  • Bakı, 7.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yay imtahan sessiyasında doktorant və dissertantların minimum imtahanı keçirilir

  • 2022-05-20


       AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yay imtahan  sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların minimum imtahanları keçirilir.  Mayın 19-u “Torpaqşünaslıq” ixtisası üzrə keçirilən imtahanda İnstitutun  fəlsəfə doktoru hazırlığı üzrə dissertantı  iştirak edib. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin doktorantura sektorunun müdiri, İnstitutun Təhsil şöbəsinin müdiri, imtahan komissiyasının sədri və üzvləri imtahanın gedişatını yaxından izləyiblər. Komissiyanın təqdim etdiyi nəticələrə görə, iştirakçı imtahanda yaxşı qiymətləndrilib.