• Cümə axşamı, Aprel 25, 2024
  • Bakı, 19.0°C

Qazaxıstanlı doktorant Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübə keçib

  • 2022-11-28

       Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qazaxıstan Respublikası Qorqud Ata adına Qızıl Orda Dövlət Universiteti arasında bağlanmış müqavilə əsasında  Qızıl Orda Dövlət Universitetinin “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” ixtisası üzrə təhsil alan doktorantı Ləzzət Koldasova Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olub. Doktorant elmi ixtisaslaşma təcrübəsini uğurla başa vurmuşdur. Sonda Ləzzət Koldasova Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  sertifikatı ilə  təltif olunub. Qeyd edək ki, tərəflər arasında əməkdaşlıq davam etməkdədir.