• Bazar ertəsi, Dekabr 30, 2024
  • Bakı, 5.0°C

“Üzvi gübrələr”, “Torpaqların rekultivasiyası” və “Torpaqların biologiyası” laboratoriyaları 2023-cü il üzrə yekun hesabatınlarını təqdim ediblər

  • 2023-12-01

     AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda ilk olaraq  İnstitutun “Üzvi gübrələr” laboratoriyasının müdiri a.e.f.d. Sevda Talıbova 2023-cü il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Müxtəlif aqrosenozlarda üzvi gübrələrin torpaqda çevrilməsinin xüsusiyyətləri və aqroekoloji əhəmiyyəti” mövzusuna 10 işin daxil olduğunu qeyd edib.

   “Torpaqların rekultivasiyası”   laboratoriyası 2023-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Fərhad Sadıqov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və Torpaq biologiyası laboratoriyası ilə kompleks iş olan “Texnogen pozulmuş torpaqların kompleks tədqiqi,biorekultivasiya və aqrokimyəvi üsullarla bərpası ”(Abşeron - Qala, Bibiheybət qəsəbəsi)  mövzusuna 5 işin daxil olduğunu qeyd edib.

  Daha sonra “Torpaqların biologiyası”laboratoriyası 2023-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.ü.f.d. Pirverdi Səmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Lənkəran vilayətinin rütubətli və yarımrütubətli subtropik torpaqlarının təbii və mədəniləşən senozlarında bioloji xassələrin müqayisəli tədqiqi” mövzusuna 7 işin daxil olduğunu qeyd edib.

   Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olunub, suallar cavablandırılıb. Sonda hər üç laboratoriyanın 2023-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edilib.