• Çərşənbə, Oktyabr 15, 2025
  • Bakı, 21.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Qarabağ səfər çərçivəsində görülmüş işlər müzakirə olunub

  • 2025-10-14

   Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmlər doktorları, professorlar və laboratoriya müdirlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə institut əməkdaşlarının iştirakı ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə — Qarabağ bölgəsinə təşkil edilən elmi-praktiki səfər çərçivəsində görülmüş işlər müzakirə olunub.

     Bu il 80 illik yubileyini qeyd edən Torpaqşünaslıq və Aqrokimya İnstitutu böyük və zəngin elmi ənənələrə malikdir. Qarabağa “I Qayıdış” proqramına əsaslanaraq institutun əməkdaşları silsilə şəkildə elmi-praktiki və çöl tədqiqat işləri aparıblar.Bunları qeyd edən İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev çıxışında alimlərin Qarabağda həyata keçirdiyi tədqiqatların əhəmiyyətini yüksək qiymətləndirib. O, institutun beynəlxalq elmi jurnallarda, xüsusilə Scopus bazasında indeksləşən məqalələrinin sayının artırılmasının vacibliyini vurğulayaraq, bunun institutun elmi nüfuzunun möhkəmləndirilməsi və qlobal elmi məkanla inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Professor həmçinin institutun elmlər doktoru, akademik Məhərrəm Babayevin torpaq tədqiqatları sahəsində çoxillik fəaliyyəti və gənc alimlərin yetişdirilməsindəki xidmətlərini xüsusi qeyd edib.

    Dəyirmi masada çıxış edən a.e.d,professor Vilayət Həsənov institutun keçmiş və müasir dövrdə apardığı torpaq tədqiqatları barədə məlumat verərək, Azərbaycanın torpaq ehtiyatlarının öyrənilməsində,torpaqlarımızın yaxşılaşdırılması üçün institutun  hər zaman mühim töhvələr verdiyini  vurğulayıb.

    A.e.d. Mustafa Mustafayev isə torpaqların müasir dövrdə çirklənməsi, ekoloji problemlərin yarnmasından  və gələcəkdə torpaq deqradasiyasının güclənəcəyini qeyd etmişdir.Bu problemlərin qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirlərdən danışıb.

     İnstitutun icraçı direktoru, b.f. d Gülçöhrə Hüseynova çıxışında bildirib ki, qurumun elmi fəaliyyəti çox zəngindir. Onun sözlərinə görə, institutun nəzdində fəaliyyət göstərən “Torpaq Muzeyi” bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Son on il ərzində muzeyin daha yüksək səviyyədə təkmilləşdirilmişdir. İcraçı direktor əlavə edib ki, AMEA-nın 80 illik yubileyi ərəfəsində oktyabr-noyabr ayları “Açıq qapı” muzey günləri elan olunub. Bu günlərdə şagirdlər, tələbələr və gənc tədqiqatçılar muzeylə yaxından tanış ola, Azərbaycanın torpaq nümunələrini və monolitlərini canlı şəkildə görə biləcəklər.

     Tədbirin sonunda vurğulayıb ki, torpaq həyatın əsasını təşkil edir:“Hər şey torpaqdan başlayır və torpağa dönür. Buna görə də torpaqları qorumaq, onları gələcək nəsillərə sağlam şəkildə ötürmək hər birimizin borcudur.”

Elanlar