• Bazar ertəsi, Oktyabr 13, 2025
  • Bakı, 18.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Ümumdünya Layiqli Əmək Günü qeyd olunub

  • 2025-10-02

   7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda tədbir keçirilib.

   Tədbiri institutun Həmkarlar Komitəsinin sədri, a.e.d. Məmməd Məmmədov açaraq Ümumdünya Layiqli Əmək Gününün əhəmiyyətindən, həmkarların üzərinə düşən vəzifələrdən, əmək şəraiti və işçilər arasında bərabərlik prinsiplərindən söz açıb.

   İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev çıxışında ölkəmizdə layiqli əməyin təmin olunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini, institut əməkdaşları üçün yaradılan səmərəli iş mühitini diqqətə çatdırıb.

   İnstitutun icraçı direktoru, b.ü.f.d., dosent Gülçöhrə Hüseynova bildirib ki, hər il 7 oktyabr “Ümumdünya Layiqli Əmək Günü” kimi qeyd olunur və bu təşəbbüs ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Hazırda Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Həmkarlar İttifaqlarının iştirakı ilə 2024-2028-ci illər üçün Layiqli Əmək üzrə yeni Ölkə Proqramının layihəsi üzərində işlər aparılır. Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir.   

   Qeyd edək ki, 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Elanlar