• Cümə axşamı, Noyabr 13, 2025
  • Bakı, 13.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” tədbiri keçirilib

  • 2025-11-14

     AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” məqsədilə tədbir keçirilib.Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası çərçivəsində təşkil olunub.Tədbirdə institut əməkdaşlarına korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, etik davranış qaydalarına əməl olunmasının vacibliyi, şəffaflığın təmin edilməsi və hesabatlılığın artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

     Çıxış edən natiqlər korrupsiyanın dövlət idarəçiliyinə, elmi fəaliyyətin səmərəliliyinə və ictimai etimada mənfi təsirlərini diqqətə çatdıraraq, bu sahədə hər bir əməkdaşın fərdi məsuliyyət daşıdığını vurğulayıblar.

    Qeyd olunub ki, Milli Fəaliyyət Planının əsas məqsədi dövlət qurumlarında şəffaflığın artırılması, etik prinsiplərin möhkəmləndirilməsi və korrupsiyaya şərait yaradan halların qarşısının alınmasıdır.

Elanlar