• Çərşənbə axşamı, Noyabr 18, 2025
  • Bakı, 15.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

  • 2025-11-14

   AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2025-ci ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrinə dair doktorant və dissertantların attestasiyası keçirilib.

   Attestasiya Komissiyasının üzvləri elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların dissertasiya işlərinin gedişi ilə tanış olublar. Müraciət edən doktorant və dissertantlar cari ildə yerinə yetirdikləri elmi-tədqiqat işləri barədə geniş hesabatla çıxış ediblər.

   İclasda Attestasiya Komissiyası üzvləri təklif və tövsiyələri səsləndiriblər, Fərdi iş planlarında nəzərdə tutulan vəzifələri tam həcmdə icra etmiş 13 doktorant və dissertantın növbəti ildə təhsillərini davam etdirmələri haqqında qərar qəbul olunub.

Elanlar