• Cümə axşamı, Aprel 25, 2024
  • Bakı, 15.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

  • 2022-03-07

   AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun
baş direktoru,AMEA-nın müxbir üzvü,professor Əlövsət Quliyev İnstitutda çalışan xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmov Azərbaycan qadınının ölkənin ictimai həyatında, eləcə də sosial, iqtisadi, siyasi, elmi və mədəni proseslərdə fəal iştirakının önəmini qeyd edərək, xanımları ürəkdən təbrik edib. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun HİK-in sədri a.e.d Məmməd Məmmədov qadınları təbrik edərək Azərbaycan cəmiyyətində qadınların fəallığı ilə fəxr etdiyini qeyd edib.İnstitutun baş meneceri Ərşad Cəlilov ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolunun ildən-ilə daha da artdığını qeyd edərək onları təbrik edib.
  Təbriklərə qoşulan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı, a.e.d, İnstitutunun Qadınlar Şurasının sədri a.e.f.d Əminə Axunova, sədr müavini Sona Baxşəliyeva və İnstitutun digər xanım əməkdaşları çıxış edərək qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, onlara
möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar arzulayıb. Daha sonra  Həmkarlar Təşkilatının təşkilatçılığı ilə  İnsitutunun xanımlarına hədiyyələr təqdim edilib.