• Cümə, Aprel 26, 2024
  • Bakı, 23.0°C

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

  • 2022-04-11

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmlər  və fəlsəfə doktoru hazırlığı  üzrə doktorant və dissertantların attestasiyası keçirilmişdir. Elmlər  və fəlsəfə doktoru hazırlığı  üzrə doktorant və dissertantlar İnstitutunun icraçı direktoru, attestasiya komisiyasının sədri t.e.d Yasin Rüstəmov və komissiya üzvləri qarşısında hesabat veriblər. İnstitutunda elmlər  və fəlsəfə doktoru hazırlığı  üzrə doktorant və dissertantlar Attestasiya Komissiyası qarşısında 2021-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onlar fərdi iş planlarında nəzərdə tutulmuş işlər, laboratoriya və çöl işləri, çap olunmuş məqalələr haqqında ətraflı məlumat verərək, attestasiya komissiyası tərəfindən verilən sualları cavablandırıblar. İnstitutun  attestasiya komissiyasının qərarı ilə  fərdi iş planlarında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə əlaqədar 16 doktorant və dissertant növbəti tədris ilinə attestasiya olunmuşdur.