• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə ARKTN-nin Bitki Mühafizəsi Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

  • 2022-04-14

       AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun  direktoru b.e.f.d.dos Elçin Xəlilov arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədin imzalanmasında əsas məqsəd torpaqşünaslıq–aqrokimya və bitki mühafizəsi sahəsində elmi–tədqiqatlarının aparılmasına dair əməkdaşlıq yaradılmasıdır. Müqavilədə iki müəssisənin mütəxəssislərinin, doktorant və dissertantlarının birgə əməkdaşlığının həyata keçirilməsi, qarşılıqlı mövzular və innovasiyalar üzrə birgə elmi tədqiqat işlərinin əlaqələndirilməsini, beynəlxalq və yerli layihələrinin yerinə yetirilməsi, texniki bitkilər: pambıq, günəbaxan, şəkərçuğunduru və digər sortların təcrübə sahələrinin yaradılması istiqamətində birgə tədqiqatların aparılması və s.  nəzərdə tutulub. Qeyd edək ki, iki elmi müəssisə arasında imzalanmış əməkdaşlıq müqaviləsi 5 ili əhatə edəcək.