• Cümə, Aprel 26, 2024
  • Bakı, 24.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimi “İlin peşəkar gənci” adına layiq görülüb

  • 2022-05-11

     Mayın 11-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimi a.e.ü.f.d Günay Məmmədova  əməkdə, təhsildə və ictimai fəaliyyətində xüsusi nailiyyətlərinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən  “İlin peşəkar gənci” mükafatına layiq görülüb. AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev  mükafatları təqdim edərək bildirib ki, Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində hər zaman fəal dəstək verir.