• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Seminar keçirilib

  • 2022-05-12

     AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Kür-Araz ovalığının müasir meliorativ vəziyyəti” mövzusunda ekspedisiyanın nəticələrinə həsr olunmuş elmi seminar keçirilib. Mövzu üzrə ekspedisiyanın rəhbəri, İnstitutun icraçı direktoru, t.e.d, dos.Yasin Rüstəmov məruzə ilə çıxış edərək  Kür-Araz ovalığında Baş Mil-Qarabağ, Baş Mil-Muğan, Baş Şirvan kollektorlarının və onların təsir dairəsində olan torpaqların müasir vəziyyətinin  öyrənilməsi və sudan istifadənin effektivliyinin  artırılması yolları haqqında görülmüş işlərdən geniş məlumat verib. Su və torpaq resurslarının meliorativ vəziyyəti haqqında müfəssəl məlumat verən məruzəçi  ekspedisiyanın 4 qrupla həyata keçirildiyini bildirib.Y.Rüstəmov ekspedisiyada iştirak edən əməkdaşlara öz təşəkkürünü bildirib.

      Seminarda  çıxış edən İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev görülən işin böyük elmi əhəmiyyətə malik olduğunu qeyd edib. İnstitut əməkdaşları tərəfindən maraqla dinlənən seminarda a.e.d. Vilayət Həsənov, a.e.d Mustafa Mustafayev, a.e.ü.f.d Fərhad Sadıqov, a.e.ü.f.d. Azad Kərimov, a.e.ü.f.d. Niyazi Süleymanov və b. görülmüş işlərə dair fikirlərini bildiriblər.

 

 

 

 

.