• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Redoks və Scientech şirkətinin nümayəndələri İnstitutun qonağı olub

  • 2022-05-13

     Bu gün  Thermo Fisherin Azərbaycan nümayəndəliyinin, Redoks və Scientech şirkətinin əməkdaşları Turan Mutlu, Erdem Özdil və Xəyalə Məlikova AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda  olublar.

     Şirkətin nümayəndələri İnstitutun əməkdaşları Könül Əliyeva və Qəni Qasımovun   “İCAP 7000 Series İCP-OES” cihazının  iş prinsipi haqqında suallarını cavablandıraraq koreyalı mütəxəssislərin işlədikləri metodikanın  fərqləri, işlədilən və  istifadə edilə bilməyən tərəflər, müxtəlif  nümunələr üzərində fərqli reaktivlərin istifadəsi, fərqli beynəlxalq metodlarla torpaqda mənimsənilən element formalarının təyini haqqında məlumat veriblər.

    Daha sonra şirkət nümayəndələri   İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşərək gələcək birgə əməkdaşlıq haqqında müzakirələr aparmışdır.