AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.d. Mustafa Mustafayev mayın 20-si Qazaxıstanın Taraz şəhərində keçirilən Qazaxıstan Respublikası Ekologiya, Geologiya və Təbii Ehtiyatlar Nazirliyinin , Qazaxıstan Elmi-Tədqiqat Su Təsərrüfatı İnstitutunun və Mərkəzi Asiya üçün (CAWER) Su-Energetik Proqram üzrə Beynəlxalq Bankın birgə təşkil etdiyi “Deqradasiyaya uğramış suvarılan torpaqların məhsuldarlığının sürətli bərpasının innovativ və praktik həlli” mövzusunda beynəlxalq elmi-praktik konfransda Zoom platforması vasitəsi ilə iştirak edib. Alim konfransda “Azərbaycanın Kür-Araz ovalığının suvarılan torpaqlarının müasir meliorativ vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Mövzu ətrafında müzakirələr aparılmışdır.