• Cümə, Aprel 26, 2024
  • Bakı, 12.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yay imtahan sessiyasında doktorant və dissertantların minimum imtahanı keçirilir

  • 2022-05-27

    AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yay imtahan  sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların minimum imtahanları davam edir. Mayın 27-i “Kənd təsərrüfatının əsasları” ixtisası üzrə keçirilən imtahanda İnstitutun  fəlsəfə doktoru hazırlığı üzrə 3 dissertantı və 1 doktorantı iştirak edib. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin doktorantura sektorunun müdiri, İnstitutun Təhsil şöbəsinin müdiri, imtahan komissiyasının sədri və üzvləri imtahanın gedişatını yaxından izləyiblər. Komissiyanın təqdim etdiyi nəticələrə görə, iştirakçılar imtahanda  əla və yaxşı qiymətləndiriliblər.