• Cümə axşamı, Mart 28, 2024
  • Bakı, 8.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yay imtahan sessiyasında doktorant və dissertantların minimum imtahanı keçirilib

  • 2022-05-31

   AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yay imtahan  sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların minimum imtahanları davam edir. Mayın 30-u “Ekologiya” ixtisası üzrə keçirilən imtahanda fəlsəfə doktoru hazırlığı üzrə 1 dissertant və 1 doktorant iştirak edib. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin doktorantura sektorunun əməkdaşı , İnstitutun baş direktoru, Təhsil şöbəsinin müdiri, imtahan komissiyasının sədri və üzvləri imtahanın gedişatını yaxından izləyiblər. Komissiyanın təqdim etdiyi nəticələrə görə, iştirakçılar imtahanda  əla və yaxşı qiymətləndiriliblər.