• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Seminar keçirilib

  • 2022-06-23

      AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 23 iyun tarixində  “Meşələrin mühafizəsində bərpa olunan enerji mənbələrindən istifadənin ekoloji aspektləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda məruzə ilə çıxış edən “Torpaq Ekologiyası” beynəlxalq laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Ülviyyə Məmmədovanın eyni adlı monoqrafiyası geniş müzakirə edilib.

   Tədbirdə çıxış edən İnstitutun elmi katibi a.ü.f.d S.Hüseynova, professor S.Məmmədova, a.ü.f.d Ə. Axundova, b.ü.f.d K.Qafarbəyli 20 il ərzində müəllifin apardığı tədqiqat və monitorinqlər nəticəsində ərsəyə gələn monoqrafiyanın mühim praktiki və elmi əhəmiyyətə malik olduğunu qeyd ediblər. Məruzəçi seminar iştirakçılarının suallarını ətraflı şəkildə cavablandırıb.