• Cümə, Aprel 26, 2024
  • Bakı, 14.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun və Xəzər Universitetinin rəhbərlikləri arasında görüş keçirilib

  • 2022-09-13

   Sentyabrın 13-ü Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və Universitetin rektoru, professor İradə Xəlilova Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qonağı olublar. Qonaqlar Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və TAİ-nin elmi katibi a.e.ü.f.d Sultan Hüseynova ilə görüşərək birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Professor Ə.Quliyev rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verərək bir sıra mühüm istiqamətlərdə əməkdaşlığın  vacibliyini qeyd edib. Professor H. İsaxanlı qarşılıqlı maraq doğuran  fəaliyyət sahələrində əməkdaşlığın, birgə multidissiplinar layihələrdə iştirakın əhəmiyyətini vurğulayıb. H.İsaxanlı TAİ-nin  Xəzər Universiteti ilə gələcək əməkdaşlığının həm alimlər, həm də tələbələr üçün faydalı nəticələr verəcəyini qeyd edib. Tərəflər arasında növbəti görüşün Xəzər Univeristetində keçirilməsi qərara alınıb.