Torpaqşünaslıq və Aqrokimya İnstitutunda YAP-ın yaradılmasının 30-cu ildönümünə həsr olunmuş “30 illik xalq-iqtidar birliyinin 44 günlük zəfəri” mövzusunda tədbir keçirilib. Tədbirdən öncə İnstitutda ulu öndər Heydər Əliyevin şəkillərindən ibarət stendin önünə gül dəstələri düzərək, ümumilli liderin əziz xatirəsi yad edilib.
Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Alim ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik zəngin tarixi və şərəfli inkişaf yolundan bəhs edib. Ə.Quliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin müasir dövrümüzün tələbləri əsasında uğurla davam etdirdiyini qeyd edib.
Daha sonra aprel döyüşlərinin iştirakçısı polkovnik leytenant Eldəniz Sadıqov çıxış edərək Vətən müharibəsi dövründə dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.
İnstitutun YAP ərazi təşkilatının sədri a.e.ü.f.d. Zaman Məmmədov çıxış edərək Azərbaycanın maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrilən Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrdəki siyasi proseslərdən bəhs edib.
Tədbirdə çıxış edən İnsitututun Həmkarlar Təşkilatının sədri a.e.d. Məmməd Məmmədov dahi lider Heydər Əliyev ideyalarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Sonda İnstitutun YAP ərazi təşkilatının sədr müavini Fərid Mustafayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir.