• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqların aqroekologiyasi və bonitirovkası və Torpaq ekologiyası Beynəlxalq laboratoriyaları 2022-ci il üzrə yekun hesabatını təqdim edib

  • 2022-11-10

    AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Sonra Torpaq ekologiyası Beynəlxalq laboratoriyası 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri b.ü.f.d Zaman Məmmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib. “Azərbaycanın landşaft  zona torpaqlarının 1:100000 miqyasında CİS əsasında tədqiqi, ekoloji qiymətləndirilməsi, xəritələşdirilməsi və monitorinqinin elmi əsasları” mövzusuna 12 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları b.e.i. Könül Əliyeva, a.e.f.d. Divanxan  Əhədov, e.i.Nərmin Əlisoy, e.i. Əli Adıgözəlzadə, e.i.Günel Məmmədova, b.ü.f.d. Gülçöhrə Hüseynova, e.i. Qəni Qasımov, a.e.ü.f.d Ülviyyə Məmmədova gördükləri işlər barədə məlumat verərək sualları cavablandırıblar. Daha sonra Torpaqların aqroekologiyasi və bonitirovkası laboratoriyasının müdiri b.ü.f.d. Könül Qafarbəyli hesabat ilində eyni mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib. Həmçinin laboratoriyanın digər əməkdaşları b.e.d.,professor Sara Məmmədova, b.ü.f.d. Nəzakət İsmayılova, b.ü.f.d. Kəmalə Nuriyeva,  b.ü.f.d. Yeganə Quliyeva gördükləri işlər barədə məlumat veriblər.

    Təqdim olunan yekun hesabatlar  şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda Torpaqların aqroekologiyasi və bonitirovkası və Torpaq ekologiyası Beynəlxalq laboratoriyasının 2022-ci il üzrə illik  hesabatları  səsə qoyularaq yekdilliklə qəbul edildi.