• Cümə, Aprel 26, 2024
  • Bakı, 14.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan sessiyasında doktorant və dissertantların minimum imtahanı keçirilir

  • 2022-12-07

       AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan  sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların minimum imtahanları davam edir. Dekabrın 7-si  “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” ixtisası üzrə keçirilən imtahanda İnstitutun  fəlsəfə doktoru hazırlığı üzrə 2 dissertantı iştirak edib. İnstitutun Təhsil şöbəsinin müdiri, imtahan komissiyasının sədri və üzvləri imtahanın gedişatını yaxından izləyiblər. Komissiyanın təqdim etdiyi nəticələrə görə, imtahan iştirakçıları  əla qiymətləndiriliblər.