• Cümə, Mart 29, 2024
  • Bakı, 15.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan sessiyası çərçivəsində doktorluq imtahanları keçirilib

  • 2022-12-19

     Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan sessiyası çərçivəsində  doktorant və dissertantların doktorluq imtahanları keçirilib. Dekabrın 19-u “Torpaqşünaslıq”  ixtisası üzrə keçirilən imtahanda İnstitutun fəlsəfə  doktoru hazırlığı üzrə  iki dissertantı iştirak edib. İnstitutun baş direktoru, Təhsil şöbəsinin müdiri, imtahan komissiyasının sədri və üzvləri imtahanın gedişatını yaxından izləyiblər. Komissiyanın təqdim etdiyi nəticələrə görə, imtahan iştirakçıları  əla qiymətləndirilib.