• Cümə axşamı, Aprel 25, 2024
  • Bakı, 21.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb

  • 2023-02-02

    31 yanvar 2023-cü il tarixində AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Torpaqşünalıq” ixtisası üzrə təhsil alan I kurs magistrantların qış  imtahan sessiyası başa çatıb.

  İnstitutun magistrantları İsmayılova Fidan, Ağayeva Rəqsanə, Axundzadə Fərəh 06-31 yanvar tarixlərdə “Torpaqşünaslığın müasir problemləri”, “Torpaqşünaslığın tarixi və metodologiyası”, “ Torpağın kimyası”, “Torpağın fizikası”, “Torpağın biologiyası”,  “ Xarici dil” fənlərindən imtahan veriblər. İmtahan proseslərində İmtahan komissiyasının üzvləri, İnstitutun Təhsil şöbəsinin müdiri, fənn müəllimləri iştirak ediblər.

    İmtahanlar  şəffaf və mövcud qaydalara uyğun həyata keçirilərək uğurla başa çatıb.