• Cümə, Mart 29, 2024
  • Bakı, 4.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun "İşğaldan azad edilmiş ərazilərdə torpaqların tədqiqi və bərpası" mövzusunda təlim keçib

  • 2023-02-15

    "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovatorlar”-2 layihəsinin növbəti təlimi baş tutub.

     Təlimdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq ekologiyası beynəlxalq laboratoriyasının müdiri b.e.f.d dosent Zaman Məmmədov "İşğaldan azad edilmiş ərazilərdə torpaqların tədqiqi və bərpası" mövzusunda təlim keçib.

   Təlim zamanı işğaldan azad olunmuş ərazilərdə deqradasiya prosesləri, torpaqların bərpası, torpaq kateqoriyalar, qiymətləndirilməsi, inkişaf istiqamətləri, dövlət tərəfindən keçirilən tədbirlər və rayonların iqtisadi potensialı haqqında danışılıb.