• Çərşənbə axşamı, Dekabr 3, 2024
  • Bakı, 7.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Ağdam rayonunda olublar

  • 2023-03-03

   “Qarabağa Böyük Qayıdış” proqramının bir hissəsi olaraq layihələrin həyata keçirilməsi prioritet məsələ kimi qarşıda duran əsas işlərdəndir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və   Aqrokimya  İnstitutu və “En Pro Sol” MMC arasında müqavilə bağlanmışdır. Müqavilədə  məqsəd işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası,əsasən torpaq və su tədqiqatları aparılmasıdır.

  “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində Respublikamız üçün strateji əhəmiyyət kəsb edən  layihənin icrası məqsədi ilə İnstitutun əməkdaşları və  şirkətin nümayəndələri Ağdam rayonunda olublar. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin su təsərrüfatı layihələrinə aid olan məlumatların əldə edilməsidir. Səfər zamanı vizual müşahidələr aparılmış, kəsimlər qoyulmuş və torpaq, su nümunələri götürülmüşdür. Hazırda tədqiqat işləri davam etdirilir.