• Cümə, Aprel 19, 2024
  • Bakı, 26.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda dissertantların attestasiyası keçirilib

  • 2023-04-05

       AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirilib. Institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin  əmri əsasında yaradılmış attestasiya komissiyası a.e.d Mustafa Mustafayevin sədrliyi ilə attestasiya prosesini həyata keçirib. Dissertantlar 2022-ci il  ərzində dissertasiya mövzuları üzrə apardıqları tədqiqatlar, nəşr etdikləri məqalələr, konfranslarda və təcrübi işlərdəki iştirakları və s. haqqında məlumat veriblər. Attestasiyada 6 nəfər elmlər doktoru hazırlığı üzrə, 2 nəfər  isə fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertant iştirak edib. Fərdi iş planlarında nəzərdə tutulan işlər yerinə yetirildiyindən onların  növbəti tədris ilinə attestasiya edilməsi  qərara alınıb.