• Cümə, Aprel 26, 2024
  • Bakı, 24.0°C

Qax Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində tədqiqat işləri davam edir

  • 2023-04-29

     Aprelin 29-u AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları İnstitutun Qaxda yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində olublar.  Mərkəzin  direktoru, professor Amin Babayev və əməkdaşlarla  görüş keçirilib,  yerinə yetirilən elmi tədqiqat və təşkilati işlərlə tanış olunub, Eyni zamanda, Regional Təcrübə və Resurs Mərkəzinin  təcrübə sahələrinə və təsərrüfat əkinlərinə baxış keçirilib, əkin sahələrinin cari vəziyyəti müşahidə olunub. Hazırda Regional Təcrübə və Resurs Mərkəzində tədqiqat işləri davam edir.