Mayın 2-si ADA Universitetində “Azərbaycanın qərb bölgəsində otlaqların ekoloji vəziyyəti” mövzusunda seminar keçirilib.Tədbirdə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları a.ü.f.d. Sultan Hüseynova, a.e.d Mustafa Mustafayev, b.ü.f.d. Zaman Məmmədov, b.ü.f.d. Könül Qafarbəyli iştirak ediblər.
Seminarda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Dünyada iqlim dəyişməsi ilə əlaqədar Azərbaycanda su problemlərinin həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. Alimin məruzəsi maraqla qarşılanıb və məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbirdə ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Sənayesi fakültəsinin dosenti Sahil Quliyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, ADAU-nun Maliyyə və İqtisadi nəzəriyyə kafedrasının müdiri, prof., Məhərrəm Hüseynov, FAO-Milli proqramı koordinatoru Elməddin Namazov, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Sənayesi fakültəsinin dosenti Asəf Ömərov məruzələrlə iştirak ediblər.