• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq davam edir

  • 2023-06-08

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik  Vaqif Abbasov,  Torpaqşünaslıq və Aqrokimya İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və institutun əməkdaşları  TAİ-nin Ucar Dayaq Məntəqəsində olublar. İki müəssisə arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən birgə elmi-tədqiqat işlərinin aparmasına başlanılıb.

    Neft-Kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan gübrə İnstitutun Ucar Dayaq Məntəqəsində pambıq və qarğıdalı bitkisi altında tətbiq olunub. Akademik Vaqif Abbasov gübrənin əhəmiyyəti, rentabelliyi, ekoloji təsiri, məhsuldarlığa və keyfiyyət göstəricələrinə təsiri haqqında məlumat verib. Suda yaxşı həll olunan gübrənin əldə olunması zamanı heç bir tullantı meydana gəlməyib. Kompleks gübrənin iqtisadi cəhətdən  səmərəliliyi xüsusi olaraq qeyd edilib. Gübrənin tətbiqi zamanı ekoloji təmiz məhsul alınması nəzərdə tutulur.

    Həmçinin sahədən  İnstitutun əməkdaşları analiz olunması nəzərdə tutulan torpaq nümunələri götürüblər.