• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

  • 2023-06-24

    Tərtər rayonunda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Tərtər Bölgə Təcrübə Stansiyasında Azərbaycan Respublikası (AR) Kənd Təsərrüfatı Nazirliyi (KTN) və ƏETİ-nin birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq “Tərtər rayonunda taxılçılığın vəziyyəti” mövzusunda çıxış edib, görülmüş işlər barədə fikirlərini bildirib. 

     Tədbirdə AR Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda torpaq və su ehtiyatlarının səmərəli istifadəsi gələcək məhsuldarlığın əsasıdır”  mövzusunda məruzə ilə çıxış edib. 

    Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış taxıl sortlarının nümayiş etdirilməsi və taxılçılıqda yeni innovativ texnologiyaların tanıdılmasından ibarətdir.Tədbirdə bir çox şirkətlərin nümayəndələri, Qobustan, Kürdəmir, Hacıqabul və digər rayonlardan olan fermerlər və mütəxəssislər iştirak ediblər.