• Cümə axşamı, Oktyabr 16, 2025
  • Bakı, 19.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Açıq qapı” günləri davam edir

  • 2025-10-15

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində təşkil olunan “Açıq qapı” günləri  davam edir.“Açıq qapı” günlərinin təşkilinin  əsas məqsədi gənclərin elmi potensialının artırılması, elmin təbliği və gələcək üçün savadlı, ixtisaslı kadrların hazırlanmasına dəstək verməkdir.

   Növbəti “Açıq qapı” günündə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə I kurs magistrantları iştirak ediblər. Gənc tədqiqatçılar İnstitutun “Torpaq muzeyi” ilə yaxından tanış olublar.

   Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Təhsil şöbəsinin müdiri, c.ü.f.d Fərrux Xəlilov tələbələrə müxtəlif torpaq növləri — dağ-çəmən-meşə torpaqları, ibtidai dağ-çəmən qanlı-çimli torpaqlar və digər torpaq tipləri barədə geniş məlumat verib. Alim həmçinin institutun elmi nailiyyətlərindən, burada çalışan görkəmli alimlərin fəaliyyətindən, eləcə də torpaqşünaslıq elminin ölkə üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib.

   Magistrantların çoxsaylı sualları cavablandırılıb, onlara gələcək elmi fəaliyyətlərində istiqamətverici tövsiyələr verilib.

   Qeyd edək ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda keçirilən “Açıq qapı” günləri gənclərin elmi mühitlə tanışlığına, onların elmi araşdırmalara marağının artırılmasına və gələcəyin alimlərinin formalaşmasına xidmət edir.

Elanlar