• Bazar, May 5, 2024
  • Bakı, 20.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Türkiyəli alimlərlə görüş keçirilib

  • 2023-06-25

    AR ETN  Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda (TAİ) Türkiyənin Samsun Ondokuz Mayıs Universitetinin “Torpaq Elmləri” fakültəsinin alimləri Ridvan Kızılkaya, İzzet Akça ilə görüş keçirilib.Qonaqlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevlə görüşüb. Görüşdə Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birgə elmi tədqiqatlar işlərinin beynəlmilləl normalara uyğun aparılması nəzərdə tutulub. Həmçinin tərəflər arasında elm və təhsilin qarşılıqlı əlaqələri, institutun alim və mütəxəssisləri ilə universitetin alim, müəllim və tələbə heyəti arasında, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi.kimi məsələlərdə müzakirə edilib.Qeyd edək ki, türkiyəli qonaqlar institutun fəaliyyətini yüksək qiymətləndiriblər.