• Bazar, May 5, 2024
  • Bakı, 19.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəlsəfə doktorluğu hazırlığı üzrə ixtisas fənlərindən qəbul imtahanı keçirildi

  • 2023-09-13

    13 sentyabr 2023-cü il tarixində AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Torpaqşünaslıq”, “Ekologiya” və “Meliorasiyarekultivasiya və torpaqların mühafizəsi” ixtisasları üzrə fəlsəfə doktorluğu hazırlığı üzrə ixtisas fənlərindən qəbul imtahanı keçirildi. İmtahanlar  ETN-in tələblərinə uyğun olaraq təşkil olundu, İxtisaslar üzrə yaradılmış komissiyaların üzvləri imtahanların gedişinə nəzarət etdi. Xarici dil və fəlsəfə imtahanlarından müvafiq qiymətlər almış 4 nəfər iddiaçının bilikləri ixtisas  imtahanın nəticələrinə uyğun olaraq yaxşı və əla qiymətləndirildi.