• Bazar, May 5, 2024
  • Bakı, 13.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarına Xəzər Universitetinin ingilis dili sertifikatları təqdim olunub

  • 2023-09-21

     Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Xəzər Universiteti arasında imzalanmış müqaviləyə əsaslanaraq aprel ayında xarici dil biliklərinin artırılması məqsədi ilə İnstitutda 3 aylıq ingilis dili təlim kursu təşkil olunub. Xəzər Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrası tərəfindən təşkil edilən kursda İnstitutun əməkdaşları  başlanğıc (Beginner) və orta (İntermediate) olmaqla, iki dərəcəli səviyyə dərslərində  iştirak ediblər.

    20 sentyabr tarixində AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarına ingilis dili sertifikatlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib.  Tədbirdə iştirak edən İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü,prof. Əlövsət Quliyev müasir dünyanın tələblərinə uyğunlaşmaq üçün ingilis dilinin əhəmiyyətini qeyd edib. Kursun təşkil olunmasında Xəzər Universitetinin rəhbərliyinə, müəllimlərinə  təşəkkürünü bildirib. Xəzər Universitetinin “ İngilis dili və ədəbiyyatı” kafedrasının müdiri Milana Abbasova  kursu uğurla bitirən əməkdaşları  təbrik edib. M.Abbasova əməkdaşlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayaraq onlara Xəzər Universiteti tərəfindən  verilən rəsmi sertifikatları təqdim edib.