• Cümə axşamı, Dekabr 12, 2024
  • Bakı, 10.0°C

Torpaqların aqroekologiyası və bonitirovkası və Torpaq ekologiyası Beynəlxalq laboratoriyalarının 2023-cü il üzrə yekun hesabatını təqdim edib

  • 2023-11-22

      AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Sonra Torpaq ekologiyası Beynəlxalq laboratoriyası 2023-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri b.ü.f.d Zaman Məmmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib. “Azərbaycanın landşaft  zona torpaqlarının 1:100000 miqyasında CİS əsasında tədqiqi, ekoloji qiymətləndirilməsi, xəritələşdirilməsi və monitorinqinin elmi əsasları” mövzusuna 12 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları e.i.Nərmin Əlisoy, e.i.Günel Məmmədova, e.i. Qəni Qasımov, a.e.ü.f.d Ülviyyə Məmmədova gördükləri işlər barədə verilən  sualları cavablandırıblar. Daha sonra Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri b.ü.f.d. Könül Qafarbəyli hesabat ilində eyni mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib. Həmçinin laboratoriyanın digər əməkdaşları b.e.d.,professor Sara Məmmədova, b.ü.f.d. Kəmalə Nuriyeva  gördükləri işlər barədə suallara cavab veriblər.

  Təqdim olunan yekun hesabatlar  şura üzvləri tərəfindən geniş müzakirə olundu. Sonda Torpaqların aqroekologiyası və bonitirovkası və Torpaq ekologiyası Beynəlxalq laboratoriyasının 2023-cü il üzrə illik  hesabatları  səsə qoyularaq yekdilliklə qəbul edildi.