• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri Türkiyədə ezamiyyətdə olublar

  • 2023-12-04

     13-30 Noyabr 2023-cü il  tarixlərində AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimləri İslamzadə Tarıverdi  və   Baxışov Dəyanət Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Univerisitetində  ezamiyyətdə olublar. İki müəssisə arasında imzalanan müqavilə əsasında İnstitutun əməkdaşları Universitetin  “Ziraat Fakütlesi Toprak Bilimi ve Bitki Beslenme” bölümündə təşkil olunan “Temel toprak analizlerinin uygulanması metodları” mövzusunda təlim proqramında iştirak ediblər. “Aqrobiogen Ar-Ge” şirkətininn nümayəndəsi və  Prof.Dr.Rıdvan Kızılkaya tərəfindən gənc alimlər praktiki və elmi əsaslarla tədris müddətində müasir və beynəlxalq torpaq analizi metodlarını ilə tanış olaraq bilik, bacarıqlarını təkmilləşdiriblər. Həmçinin əməkdaşlar  Karadeniz tarımsal araşdırma enstitüsü müdürlüğündə olub və fermerlərlə iş prinsipləri haqqında məlumatlandırılıblar. Gənc alimlər qurumun “Toprak analizleri” laboratoriyasında  torpaq analizləri və  müasir ICP cihazının işləmə prinsipləri ilə tanış olublar.

   Təlimi uğurla başa vuraraq sertifikatla təltif edilən İslamzadə Tarıverdi  və   Baxışov Dəyanət Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevlə görüşüblər. Alim, gənclərin perspektivlərinin artırılmasında belə  təlimlərin mühim rol oynadığını qeyd edib və tövsiyələrini verib.