• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib

  • 2024-02-02

     AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Alim Ümummilli lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edib. Ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini bildirən professor Ə.Quliyev institut gənclərini Gənclər Günü münasibətilə təbrik edib. Alim sağlam düşüncəli, savadlı gənclərə diqqət və qayğının əhəmiyyətini xüsusi vurğulayıb və gənclərə gələcək fəaliyyətlərində də uğurlar arzulayıb, tövsiyələrini səsləndirib.

    Tədbirdə çıxış edən İnstitutun elmi katibi, a.e.ü.f.d Sultan Hüseynova, Həmkarlar İttifaqı Təşkilatının  sədri a.e.d Məmməd Məmmədov, a.e.ü.f.d. Zaman Məmmədov institut gənclərini təbrik edərək, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıblar. Həmçinin tədbirdə çıxış edən İnstitut gəncləri onlara göstərilən  diqqət və qayğıdan bəhs edib, ötən il ərzində səmərəli elmi-ictimai fəaliyyətləri  ilə bağlı məlumat veriblər.