2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı zəfər qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Zəfər seçkisində qazanılan qələbə xalqın öz liderinə sarsılmaz inamının nəticəsidir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi. 20 il əvvəl xalqın böyük etimad göstərdiyi Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolu uğurla davam etdirərək xalqa verdiyi sözə tam əməl etdi.
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində fəal iştirak ediblər. Fevralın 19-u Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə keçirilən tədbirdə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Dissertasiya Şurasının elmi katibi, b.ü.f.d.,dosent Şəlalə Səlimova Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ictimai-siyasi fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.