• Şənbə, Aprel 27, 2024
  • Bakı, 23.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorant və dissertantlar attestasiyadan keçiblər

  • 2024-03-01

    AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilib.

    Attestasiyada elmlər doktoru hazırlığı üzrə 4 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 3 doktorant və 1 dissertant iştirak edib. Hər bir doktorant və dissertantın 2023-cü ildə gördükləri elmi işlərin qısa hesabatı dinlənilib. Onlar fərdi iş planlarında nəzərdə tutulmuş işlər, laboratoriya və çöl işləri, konfranslarda iştirak və çap olunmuş məqalələr haqqında ətraflı məlumat verərək, sualları cavablandırıblar.

    Attestasiya prosesində institutun direktoru, AMEA-nın müxbir üzvü, professor  Əlövsət Quliyev, İnstitutunun Attestasiya komissiyasının sədri a.e.d.,dosent  Mustafa Mustafayev, Təhsil şöbəsinin müdiri, c.ü.f.d., dosent Fərrux Xəlilov və Attestasiya komissiyasının üzvləri  iştirak edib. 

  Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirildiyindən, doktorant və dissertantlar  növbəti tədris ilinə attestasiya olunublar.