• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Üzvi gübrələr” və “Torpaqların eroziyası” laboratoriyaları 2024-cü il üzrə illik hesabatlarını təqdim ediblər

  • 2024-10-18

    AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda ilk olaraq  İnstitutun “Üzvi gübrələr” laboratoriyasının müdiri a.e.f.d. Sevda Talıbova 2024-cü il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Müxtəlif aqrosenozlarda üzvi gübrələrin torpaqda çevrilməsinin xüsusiyyətləri və aqroekoloji əhəmiyyəti” mövzusuna 10 işin daxil olduğunu qeyd edib. Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri və əməkdaşları  sualları cavablandırıb.   

   Sonra İnstitutun “Torpaqların eroziyası” laboratoriyasının müdiri a.e.f.d. Zakir Əliyev 2024-cü il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycanın müxtəlif təbii landşaft zonalarında eroziya prosesinin inkşaf qanunauyğunluqlarının tədqiqi və mövcud problemin elmi-təcrübi əhəmiyyətinin əsaslandırılması” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olunub, suallar cavablandırılıb. Sonda hər üç laboratoriyanın 2024-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edilib.